×
A
A
A
Sazlamalar

Minifutbol üzrə Azərbaycan yığması Avropa çempionatının final oyununda Rumıniya millisi ilə qarşılaşır

Bakı, 11 iyun, AZƏRTAC

Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda Rumıniya yığması ilə qarşılaşır.
Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda bu rəqibinə 0:2 hesabı ilə uduzmasına baxmayaraq, digər oyunlarda İspaniyanı 5:1, Albaniyanı 1:0 hesabı ilə məğlub edib.
Finala gedən yolda Azərbaycan komandası növbəti görüşlərində İsraili 3:0, Slovakiyanı isə 1:0 üstələyib.
Xatırladaq ki, komandamız yarımfinalda Qazaxıstana 3:2, Rumıniya isə Bolqarıstana 4:3 (penaltilərlə) hesabı ilə qalib gəlib.
Bu gün üçüncü yer uğrunda matçda isə Qazaxıstan seçməsi Bolqarıstanla görüşüb.

İdman 2022-06-11 22:20:00