Cüdoçularımız açıq Avropa kuboku yarışının birinci günündə iki medal qazanıblar
Bakı, 11 iyun, AZƏRTAC
Bu gün İspaniyanın paytaxtı Madriddə cüdo üzrə açıq Avropa kuboku yarışı start götürüb.
AZƏRTAC xəbər verir ki, cüdoçularımız yarışın birinci günündə iki medal qazanıblar. Gümüş medalı komandamızın aktivinə Nazir Talıbov (60 kq) yazdırıb. Bürünc medalı isə qadın cüdoçumuz Leyla Əliyeva (48 kq) qazanıb.
Qeyd edək ki, Azərbaycanı yarışda 13 idmançı təmsil edir.
Qırx ölkədən 400-dən çox idmançının mübarizə apardığı yarış iki gün davam edəcək.
Bədii gimnastımız Zöhrə Ağamirova V İslamiadada halqa ilə yarışda ikinci olub
“Konya-2021”: Kişi voleybolçulardan ibarət Azərbaycan millisi İran yığması ilə qarşılaşıb
Azərbaycan gimnastı İslamiadada gümüş medal qazanıb
Azərbaycan gimnastı V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb
Karate üzrə milli komandamız V İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Konyaya yola düşüb