×
A
A
A
Sazlamalar

Cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Bakı, 11 iyun, AZƏRTAC

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qurumun Müalicə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 181.3.2-ci; 228.1-ci; 326.1-ci və 66.3-cü maddəsi ilə təqsirli bilinərək 11 il altı ay müddətinə azadlıqdan məhrum edilmiş şəxs Azad Rahib oğlu Həziyevə tanışı Şərur rayon sakini Elşən Əsgər oğlu Məmmədov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı oradakı şalvarın balaq hissələrinin tikişlərində xüsusi üsulla gizlədilmiş iki ədəd sellofan bükülüdə ümumi çəkisi 3,191 qram olan heroin və ümumi çəkisi 2,236 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-06-11 18:45:00