×
A
A
A
Sazlamalar

Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Heydər Əliyev Mərkəzini ziyarət edib

Bakı, 11 iyun, AZƏRTAC

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti, ralli üzrə keçmiş pilot Mohammad ben Sulayem Heydər Əliyev Mərkəzini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, qonaq əvvəlcə Heydər Əliyev Muzeyində Ümummilli Liderin xidməti istifadəsində olmuş avtomobillərə baxıb. O, muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olub.
“Azərbaycan inciləri: tarixin axarında”, "Musiqi alətləri: birlik və müxtəliflik", “Kukla incəsənətdə” sərgilərində olan FIA prezidenti Mərkəzdə nümayiş etdirilən klassik avtomobillərə də baxıb.
FIA prezidenti Mohammad ben Sulayem və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov məktəblilər arasında “Gələcəyin ekoloji avtomobili” virtual rəsm müsabiqəsinin qaliblərini diplomlarla təltif ediblər. Müsabiqə Azərbaycan Avtomobil Federasiyası və Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası tərəfindən təşkil olunmuşdu.
FIA prezidenti, həmçinin gənclər və idman naziri Fərid Qayıbovla görüşüb. Görüşdə ikitərəfli əlaqələr, Azərbaycan Avtomobil Federasiyasının avtomobil idmanı sahəsindəki fəaliyyəti müzakirə edilib.

İdman 2022-06-11 16:40:00