Xalq artisti Rəşid Behbudovun anım gününə həsr olunmuş konsert keçirilib
Bakı, 11 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbi dahi müğənni, Azərbaycan və SSRİ Xalq artisti Rəşid Behbudovun anım gününə və məktəbin 90 illik yubileyinə həsr olunmuş konsert keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsert zamanı Azərbaycan, rus və Avropa ölkələri bəstəkarlarının əsərlərini məktəbin birləşmiş xor kollektivi, xalq çalğı alətləri orkestri və digər şagirdlər ifa edərək tamaşaçılara unudulmaz anlar yaşadıblar.
Qeyd edək ki, konsert boyu ölməz sənətkar Rəşid Behbudovun ifaları səslənib və finalda “Yurdum, yuvam məskənimsən, Azərbaycanım” mahnısını bütün zal böyük coşqu ilə qarşılayıb.
Daha sonra məktəbin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva hamıya təşəkkürünü bildirərək, Rəşid Behbudov irsinin əbədi yaşamasını və gələcək nəsillərin onu tanımasını, eləcə də ondan bəhrələnməsini arzulayıb.
Misirli tarixçi alim Azərbaycan tarixi haqqında proqram hazırlayıb
“Kitabxanalarımızı tanıyaq və tanıdaq” layihəsinə start verilib
Bakı Marionet Teatrında “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq
“Azərbaycan – qədim sivilizasiya məskəni”: Xudafərin körpüsü