×
A
A
A
Sazlamalar

Əfsanəvı qanalı futbolçu Maykl Essyen “Sabah” futbol klubunun akademiyasının qonağı olub

Bakı, 11 iyun, AZƏRTAC

Əfsanəvi qanalı futbolçu Maykl Essyen “Sabah” futbol klubunun akademiyasının qonağı olub.
AZƏRTAC xəbər verir ki, ulduz futbolçu U-10 və U-12 komandalarının Bakı Olimpiya Stadionunda keçirilən məşqinə gələrək azyaşlı futbolçulara sürpriz edib.
Görüşdə Maykl Essyen akademiyanın üzvlərinin suallarını cavablandırıb, onlara futbolda uğur qazanmaq üçün məsləhətlərini verib.
Sonra azyaşlı futbolçularımız arasında əyləncəli yarış keçirilib.
Yarışın qalibi olan akademiyanın iki futbolçusuna Maykl Essyenin imzalı forması hədiyyə olunub.

 

İdman 2022-06-11 15:56:00