×
A
A
A
Sazlamalar

“Dənizin gözləri” - Afrika həyatından bəhs edən roman

Bakı, 11 iyun, AZƏRTAC

Uşaqlığı Kamerunda keçən Alberto Quaita vətənə qayıdandan sonra özünü kökündən qoparılmış kimi hiss etdi və İspaniyada Afrikaya bənzər mühiti yaratmaq üçün qələmi əlinə aldı.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, “Los ojos del mar” (Dənizin gözləri) romanı ilə debüt edən yazıçı fantastik xarakterli əsərində ictimai tənqidin reallığa çox bağlı olduğu bir dünyanı təsvir etməyə çalışıb.
Alberto Quaita 1976-cı ildə Saraqosada (İspaniya) dünyaya gəlib. O, ilk illərini Madrid və Kalahorrada (İspaniya) keçirib. Valideynlərilə birgə 1982-ci ildə Kameruna (Afrika) köçüb.
Müəllifin söylədiyinə görə, Afrika onun xatirələrində sehrli və bəzən təhlükəli bir ölkə kimi yadda qalıb: “Cəngəlliyin ortasında, yaşayış yerində qəribə qarşılandığımı hiss etdim. Günün böyük bir hissəsini təbiət qoynunda keçirir və başqaları barədə hekayələr yazmaqdan həzz alırdım”.

 

 

Mədəniyyət 2022-06-11 15:37:00