×
A
A
A
Sazlamalar

“Rəssam ilə müzakirə” layihəsi çərçivəsində növbəti tədbir

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 17-də XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Rəssam ilə müzakirə” layihəsi çərçivəsində növbəti görüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tanınmış rəssam Lətafət Məmmədova görüş zamanı yaradıcılığı ilə bağlı təcrübələrini bölüşəcək, qonaqları maraqlandıran sualları cavablandıracaq.
Azərbaycan dilində keçiriləcək görüşün moderatoru Zəhra Məmmədova olacaq.
COVID pasportu olan hər kəs görüşdə iştirak edə bilər.

 

Mədəniyyət 2022-06-11 15:32:00