×
A
A
A
Sazlamalar

Xarici media nümayəndələri Atəşgah və Yanardağda olublar

Bakı, 11 iyun, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisinin işıqlandırılması üçün ölkəmizə səfər edən əcnəbi media nümayəndələri Yanardağ və Atəşgah məbədində olublar.
Bakı Şəhər Halqasından AZƏRTAC-a bildiriblər ki, məşhur İpək Yolu üzərində salınan və ən erkən tikilisinin 1713-cü ilə aid olduğu Atəşgah məbədinin qədim dövrdə zəvvarların və atəşpərəstlərin müqəddəs məkanı olduğu bildirilib. Qonaqlara alovun hündürlüyünün 10-15 metrə qədər çatan Yanardağın 2007-ci ildən bəri qorunan tarixi abidələrimiz sırasında yer alması barədə məlumat verilib. Xarici media nümayəndələri qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri ilə də tanış olublar. Müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan abidələri qonaqlarda xüsusi maraq oyadıb.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində ölkəmizə 60-dan çox xarici media nümayəndəsi gəlib. Paytaxtımızda olduqları müddətdə onlara həm şəhərimizin tarixi barədə ətraflı məlumat verilib, həm də müxtəlif məkanlara tanışlıq səfərləri təşkil edilib.

İdman 2022-06-11 15:14:00