×
A
A
A
Sazlamalar

Ukrayna “Avroviziya-2023” mahnı müsabiqəsinə hazırlaşır

Bakı, 10 iyun, AZƏRTAC

Ukrayna “Avroviziya-2023” mahnı müsabiqəsinə hazırlığa başlayıb.
AZƏRTAC Avroviziya müsabiqəsinin rəsmi saytına istinadən xəbər verir ki, müvafiq qərar iyunun 10-da Ukrayna hökumətinin iclasında qəbul edilib. Nazirlər Kabineti, həmçinin təşkilat komitəsinin tərkibini təsdiqləyib.
Müsabiqə gələn ilin may ayında keçiriləcək. Dəqiq tarixlər hələlik məlum deyil. Müsabiqədə 19 ölkə iştirak etməkdə maraqlı olduğunu bildirib. Avropa Yayım Birliyinə üzv olan yayım şirkətləri öz ölkələri adından 2022-ci ilin oktyabrına qədər Eurovision 2023-də iştirak etmək üçün ərizələrini rəsmi şəkildə təqdim etməlidirlər.
Xatırladaq ki, Ukraynanın "Kalush Orchestra" qrupu "Stefania" mahnısı ilə may ayında İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya-2022”nin finalında qalib olub.

 

 

Mədəniyyət 2022-06-11 14:43:00