"Hörümçək adam 3: Evə yol yoxdur" filminin rejissoru mükafatlandırılıb
Bakı, 11 iyun, AZƏRTAC
ABŞ-da keçirilən “MTV Movie and TV Awards” mükafatlandırma mərasimində "Hörümçək adam 3: Evə yol yoxdur" filmi “İlin ən yaxşı filmi” nominasiyası üzrə mükafata layiq görülüb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, rejissor Con Vottsun çəkdiyi bu ekran əsərində əsas rolları Tom Holland, Zendeya, Benedikt Kamberbetç, Ceykob Batalon, Con Favro, Ceymi Foks, Villem Defo, Alfred Molina, Benedikt Vonq, Marisa Tomey və digər aktyorlar canlandırıblar.
Qeyd edək ki, "Hörümçək adam 3: Evə yol yoxdur" filmi ən çox gəlir gətirən ekran işi kimi siyahıda yer alıb.
Xalq artisti Eldar Mansurovun 70 illik yubileyi möhtəşəm konsert proqramı ilə qeyd ediləcək
“Şuşa həsrəti və Şuşa zəfəri" adlı tamaşa nümayiş olunub
“Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
Xalq artisti Müslüm Maqomayevin 80 illiyi münasibətilə sərgi açılıb
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Müslüm Maqomayevin 80 illiyinə həsr olunmuş tədbir təşkil olunub