Qaxda 1,6 tondan çox narkotik tərkibli bitki məhv edilib
Bakı, 11 iyun, AZƏRTAC
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun İngiloy Kötüklü kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, ümumi çəkisi 1 ton 600 kiloqram olan 1818 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
FHN: Yevlaxda yataqxana binasında baş vermiş yanğın söndürülüb
FHN: Babadağ dağında həlak olan şəxsin cəsədi tapılıb
FHN: Yevlax şəhərində beşmərtəbəli yataqxana binasında yanğın baş verib
FHN: Babadağ dağında həlak olduğu bildirilən şəxsin axtarışında drondan istifadə edilir