×
A
A
A
Sazlamalar

DİN: Sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj etmə halları mövcuddur

Bakı, 11 iyun, AZƏRTAC

Sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj etmə halları mövcuddur.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuata açıqlamasında bildirib ki, bununla bağlı artıq bir neçə şəxs müraciət edib: “Sosial şəbəkə üzvlərini diqqətli olmağa, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü kommunikasiyadan çəkinməyi tövsiyə edirik. Danışıq, foto və videogörüntülər qeydə alınmaqla, dostluq hesabında olan başqa şəxslərə göndərilməməsi üçün ilkin olaraq 500-1000 avro pul tələb olunur”.

 

Hadisə 2022-06-11 12:44:00