DİN: Ağdam rayonu ərazisində silah-sursat aşkarlanıb
Bakı, 11 iyun, AZƏRTAC
Nəqliyyatda Baş Polis İdarəsinin Yevlax stansiyası Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xidməti ərazidə silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, xətt polis şöbəsinin əməkdaşları Ağdam rayonu ərazisində Bərdə-Köçərli-Təzəkənd mənzilinin yaxınlığında bir ədəd “AK-74” markalı avtomat, 137 ədəd 5.45 çaplı patron, 35 ədəd 12.7 çaplı pulemyot patronu və üç ədəd avtomat darağı aşkarlayaraq götürüblər.
Faktla bağlı araşdırma davam edir.
FHN: Babadağ dağında həlak olan şəxsin cəsədi tapılıb
FHN: Yevlax şəhərində beşmərtəbəli yataqxana binasında yanğın baş verib
FHN: Babadağ dağında həlak olduğu bildirilən şəxsin axtarışında drondan istifadə edilir
FHN: Ötən sutka ərzində 32 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib