×
A
A
A
Sazlamalar

Əminə Ərdoğan: Dünyaca məşhur Qarabağ atlarının bənzərsiz kompozisiyası son dərəcə təsirli idi

İstanbul, 11 iyun, AZƏRTAC

Dünyaca məşhur Qarabağ atlarının bənzərsiz kompozisiyası son dərəcə təsirli idi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan İstanbulda keçirilən V Etnosport Mədəniyyət Festivalında ölkəmizin təqdim edilən kompozisiyasını izlədikdən sonra özünün rəsmi tviter hesabında paylaşıb.
Paylaşımda bildirilir: “Milli dəyərlərimizi günümüzdə əks etdirən festivalın dünya mədəniyyətini uşaqlarımıza tanıtmaq üçün bir fürsət olduğuna inanıram və hər kəsin ziyarətə gəlməsini məsləhət görürəm”.
Qeyd edək ki, Dünya Etnosport Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmiz Qarabağ atlarından ibarət süvari dəstə və Dövlət Sərhəd Xidmətinin rəqs ansamblının simasında “Odlar yurdu” kompozisiyası ilə təmsil olunur.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Mədəniyyət 2022-06-11 11:52:00