×
A
A
A
Sazlamalar

Boqotada açılan sərgi sənətsevərləri Van Qoqun sehrli dünyasına səyahət etməyə dəvət edir

Bakı, 11 iyun, AZƏRTAC

Post-impressionist rəssam Vinsent Van Qoqun əsərlərindən ibarət hissiyyat dolu immersiv sərgi Avropa, ABŞ və Latın Amerikasının müxtəlif şəhərlərində uğurlu nümayişindən sonra iyunun 10-da Kolumbiyanın paytaxtı Boqotada öz qapılarını ziyarətçilərin üzünə açıb.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, müasir audiovizual dizayn və proyeksiya texnologiyası ilə hazırlanan “Van Qoqdan kənarda” adlı sərgi sənətsevərləri bu qeyri-adi sənətkarın sehrli dünyasına səyahət etməyə dəvət edir.
Sərgidə rəssamın audiovizual formatda 300-dək əsəri sərgilənir.

 

 

Mədəniyyət 2022-06-11 11:37:00