×
A
A
A
Sazlamalar

FHN: Ötən sutka ərzində 60 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Bakı, 11 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 52 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində ikisi azyaşlı olmaqla 20 nəfər, o cümlədən dənizdə qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib. Yanğınlar zamanı 19 nəfər təxliyə olunub. Həmçinin Şəki şəhərində minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Ağalarov İbrahim Rəhim oğlunun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Hadisə 2022-06-11 11:33:00