×
A
A
A
Sazlamalar

Metroda qadının cibindən mobil telefon oğurlanıb

Bakı, 11 iyun, AZƏRTAC

Metropolitendə polis şöbəsinə iyunun 7-də metronun “28 May” stansiyasında qatarda Bakı şəhər sakini A.Məmmədovanın cibindən mobil telefonunun oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunan Anar Hüseynov müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı polis şöbəsi tərəfindən araşdırma aparılır.



 

 

Hadisə 2022-06-11 10:42:00