Milli Kitabxanada “Şuşa zərgərlik məmulatları” adlı virtual sərgi açılıb
Bakı, 11 iyun, AZƏRTAC
M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Şuşa İli” münasibətilə “Şuşa zərgərlik məmulatları” adlı virtual sərgi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərinin sənətkarlarının hazırladığı zərgərlik nümunələri, onların təsnifatı, haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.
Şuşa xalqımızın varlığını özündə yaşadan tarixi, mədəniyyət abidələri, o cümlədən sənətkarlıq nümunələri – onun tərkib hissəsi olan zərgərlik məmulatları ilə də zəngindir.
XVIII əsrdən başlayaraq Şuşada daha rəvan inkişaf etmiş sənət sahələrindən biri də zərgərlik olub. XX əsrin əvvəllərində isə bu sənət öz inkişafında ən yüksək zirvəyə çatıb. Həmin dövrdə, Şuşada zərgərliyin qəlibkarlıq üsulu daha geniş yayılmışdı. Şuşa zərgərləri yüksək əyarlı qızıl və gümüşdən müxtəlif məmulatlar hazırlanmasına daha çox üstünlük verirdilər. Şuşa zərgərləri özlərinin gözəl əl işləri ilə Azərbaycanı xarici dövlətlərdə tanıtmışlar.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.
Xalq artisti Eldar Mansurovun 70 illik yubileyi möhtəşəm konsert proqramı ilə qeyd ediləcək
“Şuşa həsrəti və Şuşa zəfəri" adlı tamaşa nümayiş olunub
“Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
Xalq artisti Müslüm Maqomayevin 80 illiyi münasibətilə sərgi açılıb
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Müslüm Maqomayevin 80 illiyinə həsr olunmuş tədbir təşkil olunub