Kitabxanada “İnformasiya saatı” təşkil edilib
Bakı, 11 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının əməkdaşları “İnformasiya saatı” keçiriblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, açıq havada baş tutan “İnformasiya saatı”nda Əməkdar artist, aktyor və naşir Bəhram Bağırzadənin “Uşaqlar üçün Şuşa” kitabı haqqında məlumat verilib. Kitabxana əməkdaşı Aytən Məmmədova kitabda yer alan fotogörüntüləri şərh etməklə kiçikyaşlı oxucuların suallarını cavablandırıb.
Qeyd edək ki, Şuşa şəhərinin bütün dünyaya səs salan gözəl təbiəti və onun məğrur qoynunda, azad torpağında bitən füsunkar Xarıbülbüldən bəhs edən məlumatlar uşaqların marağına səbəb olub. Kitabxanaçı, həmçinin Bəhram Bağırzadənin uşaqlar üçün nəşr etdirdiyi digər maraqlı kitablar haqqında da danışıb.
Misirli tarixçi alim Azərbaycan tarixi haqqında proqram hazırlayıb
“Kitabxanalarımızı tanıyaq və tanıdaq” layihəsinə start verilib
Bakı Marionet Teatrında “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq
“Azərbaycan – qədim sivilizasiya məskəni”: Xudafərin körpüsü