×
A
A
A
Sazlamalar

“Vidalaşmadan getməyin” yeni monotamaşanın premyerası keçiriləcək

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 11-i və 12-də M Teatrında “Vidalaşmadan getməyin” adlı yeni monotamaşanın premyerası olacaq.
AZƏRTAC xəbər verir ki, səhnə əsəri M Teatrının yeni məkanının açılışı münasibətilə təqdim ediləcək.
Monotamaşada hardansa peyda olan bir kişi, bizə öz həyatını, keçmiş günlərini, o günlərin fərqində olmadığı məqamlarını danışır və tamaşanın paradiqması, ana xətti tamaşa boyu tamaşaçılara çatdırılır.
Qeyd edək ki, “Vidalaşmadan getməyin” adlı yeni tamaşanın müəllifi Rövşən Ağayev, quruluşçu rejissoru, Xalq artisti Vidadi Həsənov, səhnə plastikası Mikayıl Mikayılov, bəstəkarı Vüqar Məmmədzadə, rəssamı Ülkər Əliyevadır. Səhnə həlli tamaşaçıya aktyor Oqtay Mehdiyevin təqdimatında çatdırılır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Mədəniyyət 2022-06-10 18:47:00