İspaniyada XIII əsrə aid kitab bərpa olunub
Bakı, 10 iyun, AZƏRTAC
İspaniyanın Mülki Qvardiyası 1938-ci ildə, İkinci Dünya müharibəsi zamanı itmiş, XIII əsrin ortalarına aid “Brihuega” qanunvericilik toplusunu bərpa edib.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, məcəllə iyunun 10-da yerli meriyaya təqdim olunub.
Mülki Qvardiyadan bildirilib ki, hərbçilər “Brihuega”nı götürmək istəyəndə hərbi birləşmənin tərkibində olan əsgərlərdən biri bunun qarşısını alıb və kitabı yandırmağa qoymayıb.
TÜRKSOY türk dünyasının rəssamlarını yenidən bir araya gətirib
Sərdar Fərəcov: Müslüm Maqomayevin qazandığı şöhrət hər musiqiçiyə qismət olmur
Moskvada Müslüm Maqomayevin yubileyi qeyd edilib