Qaxda narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb
Bakı, 10 iyun, AZƏRTAC
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mağazadan oğurluq edən şəxs, eləcə də narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, taksi fəaliyyəti ilə məşğul olan Balakən rayon sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün bir neçə dəfə məhkumluq həyatı yaşayan Qurban Nabatlı polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Yoxlama zamanı onun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən Q.Nabatlının marixuana istifadə etdiyi sübuta yetirilib. Özü ilə bərabər digər hərəkət iştirakçılarının, eləcə də daşıdığı sərnişinlərin sağlamlığını təhlükə altına atan həmin şəxs barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Q.Nabatlı barəsində qanunamüvafiq tədbir görülüb.
Qax şəhərində yerləşən mağazaların birindən tütün məmulatlarının oğurlanması ilə bağlı daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində isə hadisəni törədən Balakən rayon sakini, əvvəllər də məhkum olunmuş Elnur Tağıyev yaxalanıb.
Qeyd olunub ki, E.Tağıyev bir müddət öncə də narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb və məhkəmənin qərarı ilə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
Binəqədi və Səbail rayonlarında oğurluqla məşğul olan şəxslər tutulub
Həftəsonu ölkə ərazisində qeydə alınan 87 cinayətin açılması təmin olunub
FHN: Ötən sutka ərzində 82 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib