×
A
A
A
Sazlamalar

Bakıxanov qəsəbəsində məktəbdən noutbuklar, monitorlar oğurlayan şəxs saxlanılıb

Bakı, 10 iyun, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə Bakıxanov qəsəbəsində yerləşən tam orta məktəblərin birindən 2 ədəd noutbuk, iki ədəd monitor və 2 ədəd lobzikin, bir idman zalından 800 manat məbləğində pul, noutbuk, qol saatı, skaner və “DVR”, inşa olunan bir evdən isə 1000 manat dəyərində üç ədəd laqunda və iki ədəd drelin oğurlanması barədə müraciətlər daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.İsmayılov müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.

 

 

 

Hadisə 2022-06-10 12:15:00