Yasamal rayonunda doqquz avtomobildən oğurluq edilib
Bakı, 10 iyun, AZƏRTAC
Yasamal rayonunda doqquz avtomobildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində ümumilikdə 9 avtomobildən - 6 “VAZ”, 1 “QAZ-21”, 1 “Chevrolet” və 1 “Renault” markalı avtomobillərdən maqnitofon, akkumulyator və güzgü oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş H.Təvəkkülov müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Gömrükçülər ölkəyə qanunsuz yolla spirtli içkilərin gətirilməsinin qarşısını alıblar
Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir
Dənizdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib
FHN: Dənizdə batmış şəxsin axtarışları davam edir
Sabunçu rayonunda vətəndaşın pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb