×
A
A
A
Sazlamalar

Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 46-nın açılması təmin olunub

Bakı, 10 iyun, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) iyunun 9-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 9-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 46-nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 26-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsində 3 nəfər ölüb, beş nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

 

Hadisə 2022-06-10 10:24:00