×
A
A
A
Sazlamalar

Badmintonçularımız beynəlxalq turnirdə növbəti mərhələyə yüksəliblər

Bakı, 10 iyun, AZƏRTAC

Badminton üzrə milli komandamızın üzvləri Litvanın Panevejis şəhərində keçirilən “Future” seriyalı “RSL Lithuanian International 2022” turnirində iştirak edir.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışın ilk günündə kişi badmintonçuların şəxsi yarışının təsnifat mərhələsində Aqil Qəbilov, Rəvan Niftəliyev və Cahid Əlhəsənov ilk görüşdə məğlub olaraq mübarizəni erkən dayandırıb.
Məhəmməd Khadafi və Diki Dvi Pangestu isə ardıcıl iki görüşdə, rəqiblərinə set vermədən qələbə qazanmağı bacarıb. M. Khadafi ilk görüşündə Litva, ardınca isə Norveç təmsilçilərini məğlub edib.
Diki isə Uels və Sinqapur idmançılarını mübarizədən kənarlaşdırıb. M.Khadafi sabah isveçli, Diki isə indoneziyalı badmintonçu ilə qarşılaşacaq.
Qadın badmintonçuların şəxsi yarışının təsnifat mərhələsində Era Maftuha ilk görüşündə ukraynalı rəqibinə 2:1 hesabı ilə qalib gəlsə də, ikinci qarşılaşmada indoneziyalı rəqibinə 0:2 hesabı ilə uduzub.

 

İdman 2022-06-10 03:20:00