×
A
A
A
Sazlamalar

Macarıstanın Prezidenti Katalin Novakdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi çatdırım.
Azərbaycan Respublikası ilə əlaqələr Macarıstan üçün xüsusi əhəmiyyət kəsb edir. Macarıstan Azərbaycanı strateji tərəfdaş hesab edir və buna görə də mən ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin dinamik inkişafından məmnunam.
Mən öz fəaliyyətimlə qarşıdakı dövrdə ikitərəfli münasibətlərimiz üçün yeni, qarşılıqlı faydalı perspektivlər yaradılmasına çalışacağam.
Cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.
Hörmətlə,

 

Katalin Novak
Macarıstanın Prezidenti

Məktublar 2022-06-09 17:40:00