×
A
A
A
Sazlamalar

3x3 basketbol üzrə Sumqayıt birinciliyinə yekun vurulub

Bakı, 9 iyun, AZƏRTAC
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi ilə “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş 2010-cu il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında 3x3 basketbol üzrə şəhər birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat Məktəbində gərgin idman mübarizəsi şəraitində davam edən birincilikdə oğlanlar və qızlar arasında müvafiq olaraq 2 və 18 nömrəli tam orta məktəblərin komandaları fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İdman 2022-06-09 16:03:00