×
A
A
A
Sazlamalar

FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının pley-off oyununa təyinat alıb

Bakı, 9 iyun, AZƏRTAC

FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının pley-off oyununa təyinat alıb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Ə.Ağayev iyunun 11-də Super Liqada qalmaq uğrunda keçiriləcək “Veriya” – “Lamiya” ilk final qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.

 

 

 

İdman 2022-06-09 15:13:00