Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Gününün 104-cü ildönümü münasibətilə Laos xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Əminəm ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq gələcək illərdə xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Zati-alinizə möhkəm cansağlığı, səadət, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, Azərbaycan xalqına isə xoşbəxtlik və firavanlıq diləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabahdan
Xalkidon (Kadıköy) Baş Mitropoliti Emmanueldən
Küveyt Dövlətinin Baş naziri Əhməd Nəvaf əl-Əhməd əl-Sabahdan