×
A
A
A
Sazlamalar

Qaradağ rayonunda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb

Bakı, 7 iyun, AZƏRTAC
İyunun 6-da saat 18 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Vahid Eyvazovun idarə etdiyi “Land-Rover” və Qəbələ rayon sakini V.Rəşidovun sürdüyü “KamAZ” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilmiş V.Eyvazov orada ölüb.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2022-06-07 10:36:00