×
A
A
A
Sazlamalar

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkarlanıb

Bakı, 7 iyun, AZƏRTAC

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları mütəmadi olaraq tədbirlər keçirirlər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İctimai Təhlükəsizlik İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində üç mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkarlanıb.
Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Hadisə 2022-06-07 10:14:00