×
A
A
A
Sazlamalar

Novxanıda iki nəfərə bıçaqla xəsarət yetirən şəxslər saxlanılıblar

Bakı, 7 iyun AZƏRTAC

İyunun 6-sı saat 01 radələrində Sumqayıt şəhəri Novxanı qəsəbəsində yerləşən istirahət mərkəzində iki nəfərə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat verilib.
Sumqayıt Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla həmin istirahət mərkəzində Sədulla Sərdari və Ramiz Yarəliyevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı orada istirahətə gəlmiş Həmid Abulova və Namid Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürülmələrinə cəhd edilməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.
Ramiz Yarəliyev və Sədulla Sərdari şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

 

Hadisə 2022-06-07 09:51:00