×
A
A
A
Sazlamalar

Lənkəran rayonunda qadının ölməsi faktı ilə bağlı araşdırma aparılır

Bakı, 6 iyun, AZƏRTAC

Lənkəran Rayon Prokurorluğunda 1965-ci il təvəllüdlü Qismət Əskərovanın ölməsi faktı ilə bağlı hazırda araşdırma aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, ölümün səbəbini müəyyənləşdirmək məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib, müvafiq izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər icra olunur.
Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcək.



Hadisə 2022-06-06 20:17:00