Tərtər rayon sakinini qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı, 6 iyun, AZƏRTAC
Tərtər rayon sakini 2001-ci il təvəllüdlü Elgün Qurbanlının fevralın 23-də qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış istintaqla Tərtər rayon sakini 2004-cü il təvəllüdlü İlkin Nəzərovun əyani olaraq tanımadığı Elgün Qurbanlı ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncuya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
İlkin Nəzərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Gömrükçülər ölkəyə qanunsuz yolla spirtli içkilərin gətirilməsinin qarşısını alıblar
Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir
Dənizdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib
FHN: Dənizdə batmış şəxsin axtarışları davam edir
Sabunçu rayonunda vətəndaşın pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb