×
A
A
A
Sazlamalar

“Təhsil 4.0” IV Sənaye İnqilabının tələblərinə cavab verə bilən sistemdir

Bakı, 6 iyun, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı “Təhsil 4.0: müasir çağırışlar, təhsildə gedən proseslər, problemlər, perspektivlər” mövzusuna həsr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, mövzu üzrə çıxış edən şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev IV Sənaye İnqilabının təhsil sahəsinə də təsir göstərdiyini bildirib. O, sənayeləşmə və rəqəmsallaşdırma sahəsindəki sürətli inkişafın yeni nəsil istehsal texnologiyasının inkişafında böyük irəliləyişə səbəb olduğunu diqqətə çatdırıb.
F.Ağayev qeyd edib ki, süni intellekt “Education 4.0” adlanan dördüncü təhsil inqilabında mühüm rol oynayır. “Education 4.0” IV Sənaye İnqilabı dövründə qlobal və rəqəmsal iş mühitində fəaliyyət göstərəcək mütəxəssislərin hazırlanmasına xidmət edir. Tədris üçün ən yaxşı metod və üsullar təqdim edən “Education 4.0” bir çox prosesləri avtomatlaşdırır və inzibati yükü azaldır. Bundan əlavə, müəllimlərin bacarıqlarını artırmağı və şagirdlərin öyrənmə nəticələrini yaxşılaşdırmağı hədəfləyir.
F.Ağayev, həmçinin elektron təhsilin təhlükələrindən bəhs edib, elektron tədris zamanı yaranan risklərdən danışıb, eləcə də bu istiqamətdə keçirilmiş beynəlxalq konfranslar, nəşr olunan jurnallar barədə məlumat verib.
Məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Texnologiya 2022-06-06 16:29:00