×
A
A
A
Sazlamalar

Bakıxanov qəsəbəsində soyğunçuluq törətdiyinə görə saxlanılmış şəxsin əvvəllər oğurluğa görə məhkum olunduğu müəyyənləşdirilib

Bakı, 6 iyun, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə iyunun 4-də Bakıxanov qəsəbəsində bir nəfərin Bakı şəhər sakini İ.Bəşirzadəyə zor tətbiq edərək içərisində pulu və sənədləri olan çantasını talaması barədə müraciət daxil olub.
Daxil İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Mailov müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2022-06-06 13:25:00