Mobil qurğularda enerji sərfiyyatının azaldılmasını təmin edən strategiya təklif olunub
Bakı, 6 iyun, AZƏRTAC
Son dövrlərdə şəbəkəyə qoşulan mobil telefonların və IoT cihazların sayının sürətlə artması internet şəbəkəsinin əlaqə kanalının ötürücülük qabiliyyətini aşağı salır, nəticədə uzaqda yerləşən buludlarda emal olunan məlumatların istifadəçiyə çatdırılmasında gecikmələr yaranır.
Bu barədə nüfuzlu “Computer Network and Information Security” (IJCNIS) beynəlxalq jurnalında dərc olunmuş “Mobil hesablama buludlarında cloudletlərin texniki xarakteristikalarına görə klasterləşdirmə metodu” adlı məqalədə məlumat verilib. Məqalənin müəllifi AMEA İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovdur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə tətbiqi proqramların mürəkkəblik dərəcəsini (faylın növü) nəzərə almaqla onların sürətli həllini təmin edən, hesablama məhsuldarlığı yüksək olan “cloudlet” seçilməsi strategiyası təklif edilib. Təklif edilən metod istifadəçinin tətbiqi proqramının daha sürətli həllini təmin edir.
Qeyd edək ki, “Computer Network and Information Security” jurnalı “Scopus”, “Google Scholar”, “Microsoft Academic Search”, “CrossRef”, “Baidu Wenku”, “IndexCopernicus”, “IET Inspec”, “EBSCO”, “JournalSeek”, “Academic Journals Database”, “Stanford University Libraries”, “CNKI Scholar”, “Open Access Articles”, “Open Science Directory”, “National Science Library of Chinese Academy of Sciences” və digər nüfuzlu elmi bazalarda indeksləşir və referatlaşdırılır.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib