Yasamal rayonunda oğurluğa görə saxlanılan şəxsin idarə etdiyi avtomobilində narkotik vasitə aşkarlanıb
Bakı, 6 iyun, AZƏRTAC
Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 4-də Bakı şəhər sakini M.İsmayılovun içərisində pulu və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Talıbov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları onun idarə etdiyi “Ravon” markalı avtomobilə baxış zamanı oradan heroin və metamfetamin də aşkarlanaraq götürülüb.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.
Evdən generator və marketdən terminal oğurlayan keçmiş məhkumlar saxlanılıb
FHN: Ötən sutka ərzində 80 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub