×
A
A
A
Sazlamalar

Sabunçu rayon sakininin avtomobilini qaçıraraq başqa nəqliyyat vasitəsinə vurmuş şəxs saxlanılıb

Bakı, 6 iyun, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 3-də Maştağa qəsəbəsi ərazisindən Bakı şəhər sakini A.Şirinovun “Ravon” markalı avtomobilini qaçıraraq Qala qəsəbəsi ərazisində paytaxt sakini Z.Həsənlinin sürdüyü “Mercedes” markalı avtomobili vurmuş Şamaxı rayon sakini E.Qarayev hadisə yerində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Z.Həsənliyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hadisə ilə bağlı rayon polis idarəsində təhqiqat davam edir.

 

 

Hadisə 2022-06-06 12:04:00