Nərimanov rayonunda paytaxt sakini idarə etdiyi avtomobillə yolu keçən piyadanı vurub
Bakı, 6 iyun, AZƏRTAC
İyunun 3-də saat 23 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini E.Rüstəmov idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən paytaxt sakini Nazim Nağıyevi vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.
Evdən generator və marketdən terminal oğurlayan keçmiş məhkumlar saxlanılıb
FHN: Ötən sutka ərzində 80 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub