×
A
A
A
Sazlamalar

FHN: Ötən sutka ərzində 68 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Bakı, 6 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 58 halda yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 31 nəfər, o cümlədən Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması nəticəsində qəzaya uğrayan nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalmış 23 nəfər və Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində intihar məqsədilə özünü suya atan 1 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin qəza-xilasetmə əməliyyatları zamanı iki nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Hadisə 2022-06-06 11:36:00