×
A
A
A
Sazlamalar

Gəncədə qadın əri tərəfindən bıçaqlanıb

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 3-ü saat 15 radələrində Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Gülüzar Həsənovaya bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.
Gəncə şəhər prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Sabir Şabanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülüzar Həsənovaya bıçaqla çoxsaylı xəsarətlər yetirdiyi, sonuncu aldığı xəsarətlərdən aparıldığı xəstəxanada öldüyü müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Sabir Şabanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Hadisə 2022-06-05 12:11:00