Qaradağ rayonunda yolun kənarında quyuda gizlədilmiş narkotik maddə aşkarlanıb
Bakı, 4 iyun, AZƏRTAC
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və qurumun müalicə müəssisəsinin əməliyyat aparatları tərəfindən Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, rayonun Lökbatan qəsəbəsi Qobu park yaşayış kompleksindəki yolun kənarında quyuda gizlədilmiş ümumi çəkisi 253,552 qram olan heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır
Sumqayıt şəhərində onmərtəbəli yaşayış binasında yanğın olub
Sabunçu qəsəbə sakininin pulunu və mobil telefonunu quldurluq yolu ilə talayan iki nəfər saxlanılıb
Ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub