×
A
A
A
Sazlamalar

Bakıda minik avtomobili “KamAZ”la toqquşub, hadisə nəticəsində bir nəfər ölüb

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 3-də saat 5 radələrində Binəqədi rayonu ərazisində paytaxt sakini Aqil Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobili qarşıda gedən paytaxt sakini T.Yolçuyevin sürdüyü “KamAZ” markalı avtomobilə vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində A.Məmmədov hadisə yerində ölüb, xəsarət almış sərnişin isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən təhqiqat davam edir.

Hadisə 2022-06-04 17:05:00