×
A
A
A
Sazlamalar

Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həlak olub

Bakı, 4 iyun, AZƏRTAC

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşı polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə İ.Adilzadə və sərnişini A.İbadullayev hadisə yerində həlak olublar.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

 

 

Hadisə 2022-06-04 11:06:00