×
A
A
A
Sazlamalar

İraq Respublikasının Baş naziri Mustafa Al-Kazımidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə İraq Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.
Bu fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında yaxın dostluq və əməkdaşlıq əlaqələrinin olduğunu vurğulamaq istəyirəm.
Hörmətli cənab Prezident, Sizə davamlı uğurlar, xoşbəxtlik, dost Azərbaycan hökumətinə və xalqına isə firavanlıq və tərəqqi arzulayıram.
Dərin hörmətlə,

 
Mustafa Al-Kazımi
İraq Respublikasının Baş naziri

Məktublar 2022-06-03 18:34:00