×
A
A
A
Sazlamalar

Yasamal rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdə 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakı, 3 iyun, AZƏRTAC

Yasamal Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən may ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 45 nəfər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aşkarlanan bütün faktlarla əlaqədar idarənin istintaq şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən 40 nəfəri barəsində məhkəmə tərəfindən həbs, beşi haqqında isə polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib. Onlardan ümumilikdə 30 kiloqram 500 qram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkarlanıb. Araşdırma zamanı müəyyənləşdirilib ki, saxlanılan şəxslərdən üçü rayon ərazisində yaşadığı evdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil edib.
Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları əməliyyat tədbirlərini davam etdirir.

 

 

Hadisə 2022-06-03 14:22:00