×
A
A
A
Sazlamalar

Paytaxtda 15 yaşlı qız itkin düşüb

Bakı, 3 iyun, AZƏRTAC

Paytaxt sakini S.İsayev Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə müraciət edərək qızının itkin düşdüyü barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəkildəki 15 yaşlı Xanım Bayramovanın yeri barədə məlumatı olan şəxslərdən rayon polis idarəsinin 21-ci polis bölməsinə 012-440-02-02, 055-805-93-93 telefon nömrələri, həmçinin nazirliyin 102 - Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

 

 

Hadisə 2022-06-03 13:29:00